Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentin mühafizəsi neçəyə başa gəlir?

Prezidentin mühafizəsi neçəyə başa gəlir?

Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın təhlükəsizliyinin qorunması üçün Nyu York admnistrasiyasının xərclərini hesablayan sayğac işə düşüb. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, xərclərin əsas hissəsi Trump Tower yaxınlığında təhlükəsizliyi qoruyan polislərin payına düşür.
Bununla yanaşı, şəhərdə dövlət başçısının təhlükəsizliyinə yönəlik tədbirlər üzrə xərclər isə açıqlanmır. Belə ki, şəhər meriyası və polis orqanları hər hansı bir rəqəm açiqlamaqdan boyun qaçırıb.
Bloomberg isə etibarlı mənbələrdən əldə etdiyi məlumata görə təkcə gündəlik polis xidmətinə 500 min dollar xərcləndiyini açıqlayıb. Sayğacın hesablamalarına görə xərclər 32.5 mln dollar təşkil edəcək və artıq 464.5 min dollar xərclənib. Bu aralarda məlum olub ki, Tramp Nyu-Yorkun keçmiş meri Rudolf Juliani kibertəhlükəsizlik məsələləri üzrə kordinator təyin edib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın