Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentin maşınına yol verməyən müxalifət liderini vətən xaini elan ediblər

Prezidentin maşınına yol verməyən müxalifət liderini vətən xaini elan ediblər

Zambiya müxalifətinin lideri ötən həftəsonu ölkənin rayonlarından birində prezident Edgar Lunqunun maşın karvanına yol vermədiyinə görə vətənə xəyanətdə ittiham edilib. Bu barədə “The Telegraph” yazır.

Müxalifət lideri Hakainde Hiçilemanın maşın karvanı prezident kortejinin keçməsinə yol verməmişdi. Onların hər ikisi milli mərasimdə iştirak edirdilər. Ölkə paytaxtı Lusakada oturan baş polis inspektoru Kakoma Kanqanja deyib ki, müxalifət lideri Limulunqa yolunda prezident karvanına yol vermək barədə polisin əmrinə tabe olmamaqla prezidentin həyatı üçün təhlükə yaradıb. “Mən deməliyəm ki, müxalifət liderinin hərəkətləri düşüncəsiz, məsuliyyətsiz və kriminal olub” – Zambiyanın baş polis zabiti deyib.

Polis rəhbəri bunu da vurğulayıb ki, “ölkədə anarxiya yaratmaq istəyənlərin hamısı həbs və məhkum ediləcək”.

“The Telegraph” xəbər verir ki, polis çərşənbə axşamının sübh saatlarında müxalifət liderinin Lusaka ətrafındakı evinə gözyaşardıcı qazla hücum etdikdən sonra cənab Hichilema-nı həbs edib. Milli Tərəqqi Uğrunda Vahid Partiyanın lideri, Lunqunu prezident kimi tanımaqdan imtina edir və ötən avqustda onun qələbə çaldığı seçkinin nəticələrini tanımayıb.

Hiçilema özünün Facebook səhifəsində yazır ki, “biz bütün gecəni gözyaşardıcı qazla çarpışaraq axırda təslim olduq”. “Biz qandallanmağa razılaşarkən polisə bildirdik ki, bunu vətən naminə edirik. Biz özümüzü iztirab çəkən kütlələr naminə təslim edirik” – müxalifət lideri yazıb. Hiçilema bir. daha təkrar edib ki, cənab Lunqunun Vətənpərvər Cəbhə Partiyası seçkini saxtalaşdırıb Vətənə xəyanət cəzası üçün Zambiyada ən azı 15 il iş verirlər.Xüsusilə ağır hallarda ölüm cəzası də verilə bilər. (BBC)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın