Çərşənbə , Mart 3 2021
Ana səhifə / İqtisadiyyat / Prezidentin Ehtiyat Fondunun ötənilki xərcləri 436 milyon manatdan çox olub

Prezidentin Ehtiyat Fondunun ötənilki xərcləri 436 milyon manatdan çox olub

2020-ci ildə Azərbaycanda əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 436,2 milyon manat vəsait yönəldilib.

Azinforum.az
 bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu vəsaitin 233,1 milyon manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 142,9 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisi və yenidən qurulmasına, 60,2 milyon manatı isə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə yönəldilib.

Ötən il dövlət büdcəsinin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” qanunun 19.6-cı maddəsinə müvafiq olaraq 2020-ci il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsait və dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait də nəzərə alınmaqla, dövlət büdcəsinin Ehtiyat Fondundan 631,7 milyon manat vəsait istifadə olunub.

Bu vəsaitin 384,3 milyon manatı koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına, 139,6 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə, 31,2 milyon manatı bir sıra sosial, 53,2 milyon manatı nəqliyyat, enerji, kənd təsərrüfatı, su təchizatı və s. təyinatlı infrastruktur layihələrinin, 23,4 milyon manatı isə digər zəruri tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.

Həmçinin oxuyun

Mərkəzi Bankdan dollarla bağlı yeni AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankın martın 3-dən etibarən …