Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / İqtisadiyyat / Prezidentin də borcu varmış

Prezidentin də borcu varmış

ABŞ prezidenti Donald Trampın şirkətlərinin ötən ilin əvvəlindən etibarən, 16 ayda ən az 596 milyon dollar gəlir əldə etdiyi və 315 milyon dollar borcu olduğu bildirilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Hökumətinin Etik Bürosundan verilən məlumata görə, prezident öz istəyi ilə var-dövləti haqqında hesabat verib. 

2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayına qədər olan 16 ayda olan maliyyə fəaliyyətlərini əhatə edən 96 səhifəlik hesabatda, 596 milyon dollar gəliri olan Tramp, bu məbləğin yarısından çoxunu qolf oynanılan müəssisələrdən əldə edib. Trampın bəzi dünya liderlərini qəbul etdiyi və Suriyaya istiqamətlənmiş hava hücumlarının əmrini verdiyi Mara-Laqodakı şəxsi klubunun 37,2 milyon dollar gəlir gətirməsi də xüsusi diqqət çəkib.

Floridanın Palm Biç şəhərindəki Mara-Laqo istirahət müəssisələri və qolf ərazisinin illik üzvlük haqqı, Trampın prezident seçilməsindən sonra illik 100 min dollardan 200 min dollara qalxıb. Bununla yanaşı, Trampın Ağ Evə çox yaxın olan yeni hotelinin 2016-cı ilin sentyabrından bu günə qədər 20 milyona yaxın qazanc gətirdiyi də hesabatda qeyd olunub. “Trump International” adlı hotel, qanunvericiliyin xarici dövlətlərdən heç bir şəkildə xidmət haqqı almamasını əmr edən bəndini pozduğu üçün, hökumət nümayəndələri tərəfindən məhkəmə verilmişdi.

Müəssisələrə aid maliyyə məlumatlarının yer aldığı sənədlərdə Trampın ümumi var-dövləti ilə bağlı konkret məlumatlara yer verilməyib. Əmlak milyarderi Trampın ümumi var-dövlətinin, ən 1,4 milyard dollar olduğunu göstərən hesabatda, bir çox daşınmaz əmlakın qiymətləndirilməsi minimum səviyyədə götürülüb və bu qiymətlərin reallıqda daha çox olduğu bildirilir.

Amerika iqtisad jurnalı “Forbes”ə görə, Trampın ümumi sərvəti 4,5 milyard dollardır. Tramp isə açıqlamalarında sərvətinin 8-10 milyard olduğunu iddia etmişdi. Trampın sərvətinin nə qədər olduğu isə rəsmi şəkildə açıqlanmır.

Həmçinin oxuyun

Pomidor böhranı necə həll olunacaq? – ŞƏRH

2019-cu ilin təsərrüfat mövsümü  qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə …

Bir cavab yazın