Ana səhifə / İqtisadiyyat / Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

“Qarabağ münaqişəsi tərəflərini qarşıdurma, vəziyyəti pisləşdirmək cəhdlərindən yayınmağa və problemin sülh yolu ilə həlli üçün ab-hava yaratmağa çağırırıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın Vyanada baş tutan son görüşünü şərh edərkən deyib.

Rusiyanın əldə olunmuş razılaşmaları qorumaq üçün hansı addımlar atmasından danışan M.Zaxarova praktiki addımlar kimi ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqələri qeyd edib: “Biz bu istiqamətdə kifayət qədər fəalıq. Hesab edirəm ki, Rusiya bu vəziyyəti yekun həllə gətirmək üçün fəaldır”.

Həmçinin oxuyun

Xaçmaz pomidoru bol olacaq

Bakı bazarlarına xeyli pomidor gətiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazirlik yanında Aqrar …

Bir cavab yazın