Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Prezident narkobaron məmurların siyahısını açıqlayıb dedi: “Hamısını güllələdəcəyəm…”

Prezident narkobaron məmurların siyahısını açıqlayıb dedi: “Hamısını güllələdəcəyəm…”

Filippinin prezidenti Rodriqo Duterto hökumət rəsmilərini qanunsuz narkotik alveri ilə bağları olduğunu deyib. Bundan əvvəl prezident narkotik alverçilərini güllələmək əmrinin qüvvədə olduğunu xatırlatmışdı: “Prezidentlik dövrümün sonuna qədər sağ qalsam, bunu icra edəcəm”.

Rappler xəbər saytı yazır ki, prezident 158 məmurun adını çəkib- onların çoxu polis və hərbçilərdir, aralarında Konqres üzvü və yeddi hakim var.

Prezident administrasiyasının press -relizinə görə, Dutero deyib: “İnsan haqları mənə maraqlı deyil”.

Duterte bu ilin mayında hakimiyyətə gələndən bəri 800 nəfəri güllələtdirib.

BMT-nin narkotik əleyhinə ofisi beynəlxalq insan haqlarına qoşularaq kütləvi ölümləri pisləyib, bildirib ki, narkotik alverində və istifadəsində şübhəli bilinənlərin öldürülməsi qanunsuzdur.

Polis bildirib ki, 500 mindən çox adam hökumətə təslim olub və narkotik istifadəsini dayandıracağını deyib.

Həmçinin oxuyun

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 2 milyard …

Bir cavab yazın