Ana səhifə / İqtisadiyyat / Prezident mindən çox insanın qətlini sifariş edib – ŞOK İTTİHAM

Prezident mindən çox insanın qətlini sifariş edib – ŞOK İTTİHAM

Keçmiş muzdlu qatil Edqar Matobato Filippin prezidenti Rodriqo Duderteni minlərlə insanın sifarişli qətlində ittiham edib.
 O, bu haqda Filippin Senatında keçirilən dinləmələrdə bildirib.
“Duterte, Davao şəhərinin meri olaraq mindən çox insanın qətlini sifariş edib. Davao Duterte tərəfindən təşkil edilən ölüm eskadronuna daxil idi”, – o, deyib.
Dövlət başçısının özü ittihamlara cavab verməyib. Mətbuat katibi Martin Andanar bildirib ki, insan hüquqları üzrə komissiya daha əvvəl araşdırma aparıb və Filippin prezidentinin günahını sübuta yetirəcək dəlillər tapmayıb.
Qeyd edək ki, Filippin hakimiyyəti may ayında ölkə ərazisində narkotik ticarətinə qarşı ümummilli əməliyyatın keçirilməsinə başlayıb. İyunun sonunda dövlət başçısı vəzifəsini tutan Rodriqo Duterte seçkiqabağı proqramında psixotrop preparatlarla ticarətə son qoyacağına söz verib. Prezidentin verdiyi sərəncama görə, polis narkotiklərlə ticarətdə şübhələnən şəxslərə tərəddüdsüz atəş açmaq hüququna malikdir.(Publika.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın