Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Prezident güllə ilə hədəfi belə vurdu – VİDEO

Prezident güllə ilə hədəfi belə vurdu – VİDEO

Avstriyadan yayımlanan “Türkmənistan Xronikası” adlı internet nəşri daha öncə Türkmənistan dövlət televiziyasında nümayiş etdirilmiş kadrları dərc edib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, xüsusi təyinatlılar kimi geyinmiş Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov hərbçilər və güc strukturlarının təmsilçiləri üçün özünəməxsus tərzdə “gənc döyüşçü kursu” keçib.

Bildirilir ki, kadrlarda əks olunmuş “hərbi şücaət” Aşqabad yaxınlığındakı poliqonda baş tutub. Dövlət başçısı şəxsi nümunəsi ilə güc strukturlarının rəhbərlərinə göstərib ki, silahla davranmaq və düşmənə bıçaq atmaq necə olmalıdır.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın