Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Poti və Batumi limanları bağlandı

Poti və Batumi limanları bağlandı

Gürcüstanın Qara dəniz sahillərində baş verən güclü fırtınalar Poti və Batumi limanlarının fəaliyyətini iflic vəziyyətə salıb. “İnterfaks” xəbər verir ki, artıq dünən gecədən limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb.

“Dənizdə bütün gecə və səhərdən fırtına var. Fırtına təhlüksi xəbərdarlığı alan kimi limanları bağladıq. Hazırda limanda 4 gəmi, reyddə isə yüklü 2 gəmi var”, – Poti limanının kapitanı Vaxtanq Tavberidze bildirib.

Onun sözlərinə görə, hazırda dənizdə dalğaların hündürlüyü 4-5 metr təşkil edir. Analoji vəziyyət Batumi limanında da yaşanır və fırtına gəmiləri nə qəbul etməyə, nə də yola salmağa imkan vermir.

Liman kapitanı Tengiz Qabiliya “İnterfaks”a bildirib ki, limanda 3 gəmi, reyddə isə 2 gəmi var.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın