Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Porsche” –nin baş direktoru “Volkswagen”-in yeni rəhbəri seçilib

“Porsche” –nin baş direktoru “Volkswagen”-in yeni rəhbəri seçilib

“Porsche” –nin baş direktoru Mattias Müller “Volkswagen” avtomobil konserninin  yeni rəhbəri seçilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Independent məlumat yayıb.
Müllerin namizədliyi “Volkswagen” konserninin  Müşahidə Şurasının iclasında dəstəklənib.
Ötən gün  “Volkswagen”-in rəhbəri Martin Vinterkorn dizel avtomobillərində işlənmiş qazla bağlı yaranan  qalmaqalla əlaqədar istefa verib.
Bundan  başqa, bəzi mənbələr  “Volkswagen” konserninin  “Audi” и “Porsche”-nin bir neçə top-menecerini və ABŞ bölməsinin rəhbərini işdən azad etmək niyyətində olduğunu bildiriblər.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın