Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Poroşenko NATO referendumu elan etdi, tanklar və toplar işə düşdü

Poroşenko NATO referendumu elan etdi, tanklar və toplar işə düşdü

Ukrayna prezidenti Pyotr Poroşenko Fransa telekanalına müsahibəsində ölkənin NATO üzvlüyü məsələsinə dair referendum elan edəcəyini açıqlayıb.

“Ukraynanın NATO-ya qoşulması fundamenta məsələdir və mən bu məsələ barədə referendum təşkil edəcəyəm, qərarı xalq verəcək” – deyə Poroşenko bildirib.

Virtualaz.org saytı xəbər verir ki, Ukrayna prezidentinin ölkənin NATO-ya üzv olmaq niyyətindən əl çəkmədiyi və bu məsələyə dair referendum keçirməyə hazırlaşdığını elan etdiyi bir vaxtda ölkənin şərqində rusiyameylli separatçılar ağır silahları və tankları işə salıblar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Donetskdə separatçılar iriçaplı minomyotlardan, tanklardan, özüyeriyən artilleriya qurğularından, zeni qurğularından və digər silahlardan istifadə etməklə atəşkəsin pozulmasını intensivləşdiriblər.

Ötən sutka ərzində Donetsk vilayətinin bir çox yaşayış məntəqələrində qarşı duran tərəflər arasında ağır silahlardan istifadə olunmaqla atışmalar baş verib.

ABŞ Dövlət Departamentinin rəsmisi Meri Harf isə bəyan edib ki, Rusiya Ukraynanın şərqində hava hücumundan müdafiə sistemlərinin sayını artırıb və separatçılara bu sistemlərdən istifadə üzrə təlimlər keçir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın