Cümə , Dekabr 4 2020
Ana səhifə / İqtisadiyyat / Polşada hökumət böhranı: üç nazir istefaya getdi

Polşada hökumət böhranı: üç nazir istefaya getdi

Polşada üç nazir və bir neçə nazir müavini istefa verib.

Azinforum.az İTAR-TASS-a istinadən bildirir ki, bunu ölkənin baş naziri Yeva Kopaç keçirdiyi mətbuat konfransında deyib.

Məlumata görə, istefaya gedənlər maliyyə, səhiyyə və idman nazirləridir.

Baş nazirin dediyinə görə, Polşa parlamentinin spikeri Radoslav Sikorski də istefaya hazırlaşır.

Xatırladaq ki, bu istefalar məmurların danışıqlarının yazıldığı və faktiki olaraq hökuməti nüfuzdan salan “gizli kaset qalmaqalı” ilə bağlıdır.

Həmçinin oxuyun

Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır –Açıqlama

Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq. Bu barədə “Türkiyə Dövlət Dəmir …

Bir cavab yazın