Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Planetimizin nüvəsi tərpənib – ŞOK

Planetimizin nüvəsi tərpənib – ŞOK

Yerin nüvəsi yerindən oynayıb.

 

Moderator.az-ın məlumatına görə,bunu Rusiya Elmlər Akademiyasının Tomskdakı İqlim və Ekoloji Sistemlərin Monitorinqi İnstitutunun əməkdaşları müəyyən ediblər.

 

Alimlərin sözlərinə görə, Yerin nüvəsi Şimal, yaxud Cənub qütbünə doğru 200 metrədək yerini dəyişib. Tədqiqatçılar  planetin nüvəsinin illik yerdəyişmə siklini təhlil edəndən sonra belə nəticəyə gəliblər. Bundan öncə heç kəs Yerin fırlanma sürətinin dəyişməsi hallarını izah edə bilmirdi. Belə ki, Yer bəzən  saniyənin müəyyən hissəsi qədər gec fırlanır və bu səbəbdən bəşəriyyət saatlarını düzəltməli olur. Tomsk alimlərinin sözlərinə görə, buna səbəb  məhz planetin nüvəsinin  yerdəyişməsidir. Bu da  mantiya təbəqəsinin xüsusuyyətlərindən yaranan təbii bir prosesdir.

 

Sözügüdən prosesləri öyrənmək üçün işlədilən “MQR-01” cihazı da  Rusiya alimləri tərəfindən hazırlanıb.

 

Cihaz Yer nüvəsinin hərəkətini elektromaqnit dalğalarını qeydə almaqla müəyyən edir. “MQR-01”  digər ölkələrdəki analoqlarını üstələyir. Bu cihazın faydalı qazıntı yataqlarının kəşfiyyatı və zəlzələlələrin proqnozlaşdırılmasında da uğurla tətbiq edilməsi gözlənilir.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın