Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / PKK Türkiyəni yenə qana boyadı: 5 ölü…

PKK Türkiyəni yenə qana boyadı: 5 ölü…

Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində mina partlayışı nəticəsində 3 polis əməkdaşı həlak olub, bir polis əməkdaşı isə yaralanıb.

“Anadolu” agentliyi xəbər verir ki, PKK terror təşkilatı tərəfindən Barış məhəlləsində yerləşdirilən mina Çevik reaksiya dəstəsinin zirehli polis avtomobili keçən zaman partlayıb.

Partlayışı nəticəsində 3 polis əməkdaşı həlak olub, bir polis əməkdaşı isə yaralanıb. Yaralı polis Nusaybin dövlət xəstəxanasına çatdırılıb.

Hadisədən dərhal sonra regionda terrorçuların saxlanılması üzrə əməliyyat başlayıb.

Eyni zamanda Hakkari əyalətində kustar üsulla hazırlanan mina PKK terrorçuları tərəfindən Hakkari-Van şosse yolunun 30-cu km-də yerləşdirilib, mina zirehli polis avtomobili keçən zaman partlayıb. Partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha iki polis əməkdaşı isə yaralanıb. Yaralanan polislər Hakkari dövlət xəstəxanasına çatdırılıblar.

Hadisədən dərhal sonra regionda terrorçuların saxlanılması üzrə əməliyyat başlayıb.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …

Bir cavab yazın