Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / PKK-nın rəhbərlərindən biri öldürülüb

PKK-nın rəhbərlərindən biri öldürülüb

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı PKK düşərgələrinə endirdiyi hava zərbələri nəticəsində terror təşkilatının yüksək vəzifəli şəxslərindən biri öldürülüb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ölən şəxsin “Şervan Varto” kod adlı Öndər Arslan olduğu açıqlanıb.

Hava əməliyyatı nəticəsində daha üç PKK terrorçusunun yaralandığı bildirilir.

PKK-nın hərbi qolu olan HPG-nin yüksək vəzifəlilərindən olan Öndər Arslan Türkiyə sərhədinin 10 km-liyində yerləşən Zap və Gare arasındakı Sergele bölgəsinə endirilən zərbələr nəticəsində məhv edilib.

Ö. Arslan PKK-ya 1993-cü ildə qoşulub.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın