Ana səhifə / İqtisadiyyat / PKK-nın ən böyük fiquru yaxalandı

PKK-nın ən böyük fiquru yaxalandı

PKK terror təşkilatının lider heyətindəki ən əsas fiqurlarından biri olan “Cəmil” kod adlı Murat Karayılan Türkiyə xüsusi xidmət orqanları (MİT) tərəfindən yaxalanıb. ANS PRESS-in xəbərinə görə, bu barədə hakimiyyətə yaxın “ahaber.com.tr” saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, terror qruplaşmasının liderlərindən olan Murat Karayılan Şimali İraqın Mosul vilayətində ələ keçirilib. Terrorçu liderin MİT əməliyyat departamentinin əməkdaşları tərəfindən yaxalandığı iddia edilir.

Rəsmi Ankaradan bu iddiaları təsdiq və ya təkzib edəcək hər hansı bir açıqlama verilməyib.

Ötən gün PKK qruplaşmasına aid internet saytında Karayılandan götürülmüş müsahibə yayılıb. Türkiyə mətbuatı hesab edir ki, bu müsahibədən sonra terrorçu liderin yaxalanması barədə iddiaların yayılması təsadüf deyil. PKK mənbələri isə Murat Karayılanın ələ keçirilməsi barədə iddialara münasibət bildirməyib.


Terrorçu liderin yaxalandığı iddia edilən Mosul vilayəti

Müsahibədə Şırnak vilayətinin Cizre rayonundakı böyük məğlubiyyəti qəbul edən Karayılan bunun Türkiyə ordusu üçün qələbə hesab edilmədiyini bildirib.

“Bütün məqsədləri yaz gəlmədən, yəni partizan hərəkatı başlamadan bu şəhərlərdə müqavimət göstərən gəncləri zərərsizləşdirməkdir. Çünki qar əriyərək onlar partizan hərəkatına başlayarlarsa Kürdüstan azadlıq hərəkatının yeni bir dövrə başlamağından qorxurlar. Bunun üçün də başda Cizre olmaqla bütün şəhərlərdə hansı yolla olursa-olsun nəticə əldə etmək üçün hamını razı salıblar. Amma bacara bilməyəcəklər. Bütün xalqımız bunu bilməlidirlər. Düzdür, Cizre dəyərli və müqəddəs şəhərimiz idi; ordakı müqavimətimiz şanlı idi. Amma müqavimətin mövqeyinin dəyişilməsi Türkiyə dövlətinin qələbəsi demək deyildir.” – deyə terrorçu lider müsahibədə bildirib.

Murat Karayılanın ələ keçirilməsi barədə 2011-ci ildə də xəbərlər yayılmışdı. “TRT Haber” kanalı Karayılanın İranda bir qrup PJAK (PKK-nın İran qolu) terrorçusu ilə yaxalandığını bildirmişdi.

İraq dövlət telekanalı 7 nəfərlik PJAK terrorçusu ilə kod adı Cəmil olan Murad adlı terrorçu liderin yaxalanması barədə xəbər yaymışdı. “TRT Haber”in də bu iddialar səbəbindən meydana gələn qarışıqlıq səbəbindən həmin xəbəri yaydığı, ələ keçirilənin “Cəmil” kod adlı Murat Karasaç olduğu məlum olmuşdu.

Türkiyə Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu saytda Murat Karayılan qırmızı kateqoyida olan terrorçular sırasında göstərilirdi.

PKK-nın 50 nəfərlik rəhbər heyətində Cuma ləqəbli Cəmil Bayık, Cəmal ləqəblı Murad Karayılan, Dr. Bahoz ləqəbli Fəhman Hüseyn və digər qruplaşma rəhbərlərinin yeri və barələrində verilən məlumatlara görə 4 milyon liralıq mükafat təyin edilib.

Belə bir təcrübə təkcə Türkiyədə yox ABŞ, Çin, İngiltərə və digər ölkələrdə var. Terrorla mübarizədə ABŞ 30 il ərzində 80-dən artıq şəxsə 125 milyon dollardan çox mükafat verib. İngiltərə isə bu sahəyə 100 milyon dollar ayırıb.

Türkiyə hökümətinin belə bir addım atmasına səbəb isə son dövürlər ölkədə baş verən terror hadisələridir.

Bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi terrorçuların yerini deyilməsinə və onlar barədə təhlükəsizlik qüvvələrinin bilmədiyi hər hansı önəmli məlumatın verilməsinə görə küllü miqdarda pul mükafatı verəcəyini açıqlamışdı. Bu qərara əsasən PKK qruplaşmasının yüksək çinli idarəçilərinin tutulması qarşılığında 4 milyon TL (2 milyon 140 min azn) pul mükafatı veriləcəyi bildirilirdi.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın