Cümə axşamı , Dekabr 9 2021
Ana səhifə / İqtisadiyyat / Peyda olan o “mütəxəssislər”i də danışdıranlar var… – Ekspert

Peyda olan o “mütəxəssislər”i də danışdıranlar var… – Ekspert

“Laboratoriyada yoxlanılan qarpızda insan orqanizmi üçün zərərli hansısa maddə aşkar edilsə, həmin məhsul bazara çıxarılmır”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov iyun ayında satışda olan qarpızlardan kimyəvi maddələrin qoxusunun gəlməsi ilə bağlı deyilənlərə aydınlıq gətirərkən deyib. Ekspertin fikrincə, əsas satışda olan qarpızın tərkibində insan orqanizmı üçün zərərli maddələrin olmamasıdır:
“İndi o qədər “mütəxəssislər” peyda olub ki, ağzına gələni danışır. Onları da danışdıranlar var. “Bu vaxtlar qarpız yeməzlər. Kimyəvi maddələrin qoxusu gəlir” deyə təbliğat da aparırlar. Bunların hər biri yalnışdır. Bunu yalnız laboratoriya yoxlayır. Laboratoriyada əgər qarpızda insan orqanizmi üçün zərərli hansısa maddə aşkar edilibsə, həmin məhsul bazara çıxarılmır. Ancaq məhsulun hansı ölçüdə yetişməyin heç bir fərqi yoxdur. Məsələn, biz əvvəllər qış aylarımda pomidor istehsal etmirdik. İndi qış aylarında da pomidor istehsal edirik. Düzdür, açıq şəraitdə yetişdirilən pomidordan fərqlidir. Tərkibində kimyəvi maddələr var. Ancaq həmin maddələr normaya uyğundur”.       Vahid Məhərrəmov hesab edir ki, heç kim qarpızı yeyəndə onu tərkibində nitratın nə qədər olduğunu bilmir:
“Elə bir mütəxəsis yoxdur ki, bunu gözü ilə müəyyən etsin. Düzdür, insan orqanlarının müəyyən funksiyası var – iy, dad bilirlər. Ancaq tərkibində hansı maddənin nə qədər və insan həyatı üçün zərərli olduğunu müəyyən edəcək şəxs yoxdur. Ona görə də deyilənlərin hər biri cəfəngiyyatdır”.

Həmçinin oxuyun

Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb

Gürcüstanın 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ixracı 443,3 milyon dollar təşkil edib. Bu ilin göstəricisi …