Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Petrosyandan yeni parlamentə Qarabağ – Xəbərdarlığı

Petrosyandan yeni parlamentə Qarabağ – Xəbərdarlığı

Seçkilərdən başqa nəticə gözləmək siyasi savadsızlıq olardı.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti, “Konqres- EXP” blokunun rəhbəri Levon Ter-Petrosyan 2 aprel parlament seçkilərini şərh edərkən deyib.

“Bizə onu gözləmək qalır ki, Ermənistan Respublikaçılar Partiyası, Çiçəklənən Ermənistan, Daşnaksütyun Partiyası və “Çıxış” bloku pələng tullanışı ilə Ermənistanın iqtisadiyyatını hansı yolla inkişaf etdirəcək, çoxmilyardlı investisiya axını ilə təmin edəcək, erməni ordusunu gücləndirəcək, artan emmiqrasiyanı dayandıracaq və ən ciddi məsələni, xalqımızın qarşısında duran Qarabağ münaqişəsini həll edəcək”, – Ter-Petrosyan bildirib.

Keçmiş prezidentin dediyinə görə, rəhbərlik etdiyi blok seçki prosesində Qarabağ məsələsinin tənzimlənməsi yollarını Ermənistan gündəminin ən aktual məsələsinə çevirməyə nail olub, hətta bunu onun oppanentləri də inkiar etmir. Eks-prezident qısa müddətdə blok tərəfindən “Sülh, barışıq, mehriban qonşuluq” şüarı ətrafında kütləviliyin təmin olunmasını da xatırladıb və deyib ki, bunun özü də inkişaf idi. Onun sözlərinə görə, burada yalnız bir məqsəd olub: Ermənistanda və Qarabağda artan kasıblığın və fəlakətin qarşısını almaq. “Burada başqa məqsəd yoxdur. Əgər parlamentdə təmsil olunan qüvvələr bu bəlanın qarşısını Qarabağın varlığı şəraitində, bir qarış torpaq güzəşti olmadan almağa nail olarsa, biz onlara yalnız təşəkkür edəcəyik”- Milli Konqresin lideri deyib.

Ancaq onu da əlavə edib ki, sülh indi lazımdır, sonrakı fəlakətlərdən və mənasız itkilərdən sonra yox. Ter-Petrosyan parlamentdəki bölüşdürülən yeni tərkibə də xəbərdarlıq edib. Deyib ki, bundan sonra axan hər əsgərin qanı, sərhəddəki ölümlərin məsuliyyəti parlamentdə təmsil olunan siyasi qüvvələrin vicdanına yazılacaq.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın