Ana səhifə / İqtisadiyyat / “Petkim”də FETÖ əməliyyatı davam edir

“Petkim”də FETÖ əməliyyatı davam edir

Türkiyə polisi İzmir şəhərində yerləşən “Petkim” neft-kimya kompleksininin 4 ayrı ünvanında əməliyyat keçirir.

AzVision.az “Hürriyyət” qəzetinə istinadən məlumat verir ki, dövlət çevrilişinə cəhddə günahlandırılan Fəthullah Gülən tərəfdarlarına qarşı əməliyyatlar yerli vaxtla bu gün səhər saat 09:00-da başlayıb və hazırda davam edir.

Qeyd edək ki, bundan öncə Türkiyə polisi 2 dəfə “Petkim”də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında “Petkim” baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın