Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Peskovun qızı Putinə qarşı çıxdı

Peskovun qızı Putinə qarşı çıxdı

Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Rusiyanın təhsil sistemini sərt tənqid edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Yelizaveta sosial şəbəkədəki hesabında Rusiya təhsilini Avropa ilə müqayisə edərək ölkəsinin bu istiqamətdə geridə olduğunu bildirib.

“Rusiya məktəblərində şagirdlərə təzyiq edilir, lazımsız dərslər keçirilir”-deyə Peskovun qızı ölkədə təhsil sisteminin dəyişdirilməli olduğunu diqqətə çatdırıb:

“Rusiyada təhsil sisteminin dəyişdirilməsini düşünən tək insan mən deyiləm. Bağışlayın, dünyada nə qədər lazımsır dərslər var, Rusiyada bizə öyrədirlər. Onlar bu qədər təzyiqlə təhsilin faydalı olduğunu düşünürlər.

Düzünü deyirəm, Fransada universitetdə bir ildə aldığım təhsil Rusiyada orta məktəbdə və universitetdə aldığım təhsildən daha yüksəkdir. Rusiyada uşaqlar təzyiq altında olurlar. Amma Avropada hər şey əyləncəli, xoş və zövqlüdür”.

Yelizavetanın bu fikirləri onun Rusiya hakimiyyətinə qarşı çıxması kimi qiymətləndirilib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın