Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Pensiya artımı inflyasiya riskini artıra bilərmi?

Pensiya artımı inflyasiya riskini artıra bilərmi?

“Bizim hesablamalarımız onu göstərir ki, ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, infilyasiya idarə oluna bilən şəkildədir: “Aidiyyəti dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zamab inflyasiya bizim pronozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır”.
S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb: “Lakin inflyasiya 2,6 faiz olub. Bu onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfə çox artıb. İnfilyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var və bunun daxilində infilyasiyanı saxlanması üçün AMB və adiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu ildə infilyasiyanın qarşısı alınacaq”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …