Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Paytaxtda torpaq kəskin ucuzlaşdı

Paytaxtda torpaq kəskin ucuzlaşdı

Bakıda torpaq sahələri ucuzlaşıb.

Oxu.Az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, noyabr ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 17 220 manat olub.

Mövcud qiymət əvvəlki ay ilə (oktyabr) müqayisədə 8,8 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz azdır. Bu da torpaq bazarında qiymətlərdə mütəmadi azalma müşahidə olunduğunu göstərir.

Ötən ilin müvafiq dövründə torpaq sahələrinin bir sotu üçün orta qiyməti 20 519 manat təşkil edib. 2021-ci ilin oktyabr ayında isə bu qiymət 18 878 manat olub.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …