Bazar , Sentyabr 26 2021
Ana səhifə / İqtisadiyyat / Paytaxt sakinləri ərzağa 6,8 milyard xərcləyib

Paytaxt sakinləri ərzağa 6,8 milyard xərcləyib

Bakıda cari ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 15019,9 milyon manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 8160,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Həmçinin oxuyun

Neftin qiyməti 79 dolları keçib

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.Belə ki, Azərbaycan neftinin 1 barelinin qiyməti …