Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Payızda növbəti bahalaşma dalğası olacaq

Payızda növbəti bahalaşma dalğası olacaq

“Böyük ehtimalla payıza doğru ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində yenidən artım olacaq. İnflyasiya prosesi də sürətlənəcək. Hazırda qiymət artımı bütün dünyada müşahidə olunur, get-gedə də sürətlənir. İdxaldan asılı ölkə olduğunuz üçün də dünyada gedən qiymət artımı bizədə təsir edir”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, qiymətlərin bir qədər də artması, inflyasiyanın sürətlənməsi realdır, gözlənilir. Buna qarşı hökumət tərəfindən indidən effektiv anti-inflyasiya tədbirləri görülməlidir: “İdxaldan asılılığın azaldılmasına çalışmaq lazımdır. Yerli istehsala və bu sahənin inkişafına üstünlük verilməlidir. Vəziyyətdən ən optimal çıxış yolu budur”.

Süni qiymət artımı məsələsinə də toxunan ekspert deyib ki, bir sıra hallarda Azərbaycana məhsullar daxil olan zaman bəzi işbazlar süni qiymət artımına yol verirlər: “Bunlar nə gömrük rüsumları, nə də məhsulu aldıqları yerdə qiymət artımı ilə izah oluna bilər. Bunun bir səbəbi var. İşbazlar tərəfindən qiymətlərin hədsiz dərəcədə artırılması. Bəzi işbazlar ölkədə maaş artımından istifadə edərək qiyməti artırmağa cəhd edirlər. Digər ərzaq məhsullarının qiymətinin bahalaşması da avtomatik olaraq meyvə-tərəvəzin qiymətinin süni şəkildə artmasına səbəb olur. İşbazlar bundan istifadə edib qiymətləri qaldırır. Bunun qarşısını almaq üçün dövlət mexanizmi var. Hesab edirəm ki, inflyasiya təhlükəsi ilə bağlı yanaşma yanlışdır”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …