Ana səhifə / İqtisadiyyat / Parisdə Obama və Merkeli ələ saldılar

Parisdə Obama və Merkeli ələ saldılar

Bu gün Fransanın paytaxtı Parisdə başlayacaq iqlim sammitinə qarşı ölkədəki fövqəladə vəziyyət səbəbindən aksiya keçirə bilməyən etirazçılar qeyri-adi yola müraciət ediblər.

Sammitdə iştirak edəcək ölkə başçılarının; ABŞ prezidenti Barak Obamanın, Almaniyanın kansleri Anqela Merkelin, Hindistanın baş naziri Narendra Modi və Çinin prezidenti Si Cinpinin nahar edən kuklaları hazırlanıb.
Yaponiyada keçirilən aksiyanın miqyası isə daha böyük olub. Paytaxt Tokioda toplaşan minlərlə etirazçı dünya liderlərini iqlimə qarşı daha hörmətli olmağa səsləyiblər.
Sammitə qarşı daha bir aksiya Yeni Zelandiyada keçirilib. Ətraf mühit mühafizəçiləri dünya liderlərinə məşhur “Haka” rəqsi ilə səsləniblər.
Avstraliyanın Kvinslend əyalətinin Brisbene şəhərində də aksiya keçirilib. Şəhər mərkəzində toplaşan minlərlə etirazçı dünya liderlərindən iqlim dəyişikliyinə qarşı qlobal addımlar atmağı tələb ediblər.
Noyabrın 13-də Fransanın paytaxtı Parisdə 132 nəfərin ölümü ilə nəticələnən 7 ardıcıl terror aktından sonra bu ölkədə 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu səbəbdən ölkədə irimiqyaslı aksiyaların keçirilməsi mümkün deyil. (Ans)

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın