Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Paris terrorunu planlaşdıran şəxs tutuldu

Paris terrorunu planlaşdıran şəxs tutuldu

Noyabr ayının 13-də Parisdə baş verən terror aktlarını planlaşdıran şəxs belçikalı Abdelhamid Abaaoud yaxalanıb.

ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Fransa hüquq-mühafizə orqanları terror aktlarını A.Abaaoudun planlaşdırdığını və onun Belçikada yaxalandığı barədə məlumat yayıblar.

Fransa polisi paytaxt Parisdə baş verən terror aktları sonrası genişmiqyaslı araşdırmalar aparıb və hadisələri törədən şəxslərin kimliyini müəyyən ediblər. Hüquq-mühafizə orqanları Abaaoudun daha əvvəl paytaxtda qarşısı alınan kilsə ve sürət qatarına hücumla da əlaqəsi olduğu müəyyən edilib.

Belçikada Abdelhamiddən başqa daha 6 nəfərin şübhəli şəxs qismində nəzarətə götürüldüyü bildirilir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın