Ana səhifə / İqtisadiyyat / Papa Qarabağ və türk-erməni münasibətləri üçün dua edib

Papa Qarabağ və türk-erməni münasibətləri üçün dua edib

Ermənistanda səfərdə olan Roma Papası Fransisk İrəvanın mərkəzi meydanındakı mərasimdə çıxış edərkən Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətlərini ötəri də olsa, xatırlayıb.
“Xristianlığı ilk qəbul etmiş ölkə” kimi xarakterizə etdiyi Ermənistana səfər etməyi “çox arzuladığını” deyən Roma Papası kilsələrin möhkəm əlaqələrindən də bəhs edib.

Daha sonra o, erməni-türk xalqları arasında barışığın, həmçinin Qarabağda sülhün əldə olunması üçün dua edib. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və arvadı Rita Sarkisyan, Ermənistan parlamentinin sədri Qalust Saakyan və digərləri iştirak edib.

Qeyd edək ki, Roma Papası bundan əvvəlki çıxışında protokoldan kənara çıxaraq 1915-ci il hadisələrini “soyqırım” adlandırmaqla Türkiyə-Ermənistan və Qarabağ məsələsində nə dərəcədə “sülhpərvər” rol oynamaq istəyini nümayiş etdirib. Onun üzünü meydandakı erməni gənclərinə tutaraq “əziz gənclər, gələcək sizindir” məzmunlu müraciəti də S.Sarkisyanın gənclərə xitabən dediyi “Qarabağ məsələsini biz həll etdik, Ağrının taleyini siz həll edəcəksiniz” sayıqlamasına çox yaxındır.(Musavat.com )

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın