Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Pambıq tədarükündə bu rayon öndədir- 11212 ton

Pambıq tədarükündə bu rayon öndədir- 11212 ton

Oktyabrın 7-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 59 min 457,01 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ötən bir gündə 1379,07 ton pambıq tədarük olunub.

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayonun fermerləri indiyədək məntəqələrə 11212,40 ton məhsul təhvil veriblər. Biləsuvarda 7033,31 ton, Sabirabadda 6376,79 ton, Beyləqanda 4746,78 ton, Ağcabədidə 4723,33 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda (17220 hektar), İmişlidə (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …