Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Pambıq tədarükü 190 min tona yaxınlaşıb

Pambıq tədarükü 190 min tona yaxınlaşıb

Noyabrın 25-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 189 min 567,65 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən veilən məlumata görə, ötən gün 897,82 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …