Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / İqtisadiyyat / “Pambığın alış qiymətinin artırılması pozitiv addımdır” – Ekspert

“Pambığın alış qiymətinin artırılması pozitiv addımdır” – Ekspert

“Pambığın alış qiymətinin artırılması pozitiv addımdır. Bu fermerlərə pozitiv təsir göstərəcək. Amma daha çox artırılması üçün imkanlar araşdırılmalıdır ki, fermerlər daha çox gəlir götürə bilsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli pambığın qiymətinin artırılmasından danışarkən deyib. Onun sözlərinə görə, ilin əvvəllərindən pambığın dünya bazarında qiyməti təqribən 30% artıb:

“Hətta indi paltar, parça istehsal edən şirkətlər elan ediblər ki, onlar son məhsul qiymətləri ilə bağlı bu il ərzində ən azı 20% artım gözlənilir və pambıq bahalaşmaqda davam edir. Ona görə də Azərbaycanda və hətta dünyaya paralel olmayan bir şəkldə, təqribən 10% civarında alış qiymətlərinin artımı elan edildi. Qiymət artımı təbii ki, pozitivdir, fermerləri stimullaşdıracaq, pambıq əkininə sövq edəcək və daha çox pambıq istehsalına yönəldəcək. Pambığın qiymətinin artması bu sahədə fermerlərə ciddi dəstək olacaq”.
Natiq Cəfərli bildirib ki, pambıqçılıqla məşğul olan fermerləri sitimullaşdırmaq üçün qiymət artırılmalıdır: “Artım bu sahənin inkişafına təkan ola bilər”.
Qeyd edək ki, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul edilib. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Həmçinin oxuyun

Manatla krediti olanların nəzərinə – FƏRMAN

Sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinin müddəti uzadılıb. Bu, …