Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / “Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb – GİLEY

“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb – GİLEY

Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.

Şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.

Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı restorandan “Report”a bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib:

“Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …