Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Özbəkistanda “uşaq bağçalarında fahişəlik” olayının davamı…

Özbəkistanda “uşaq bağçalarında fahişəlik” olayının davamı…

AzadlıqRadiosu-nun özbək xidməti Özbəkistanın Surxandərya vilayətində uşaq bağçalarında fahişəlik və uşaqlara fiziki cəzaların verilməsi hallarını araşdırıb.

Belə halların, əslində, vilayətin, az qala, bütün uşaq bağçalarında yayıldığı aşkar edilib. Radionun hüquq-mühafizə orqanlarındakı mənbələri bildiriblər ki, hazırda bağçalarda əxlaqsızlıq yuvalarının təşkil olunması faktları üzrə istintaq aparılır.

“Hamısından “bordel” kimi istifadə olunub”

Surxandərya vilayət prokurorluğunun kimliyinin gizli qalmasını istəyən əməkdaşı bildirib ki, axşam saatlarında “bordel” kimi istifadə olunan uşaq bağçalarının sayı KİV-lərin yazdığı kimi, – 4 yox, 23-dür:

“Vilayətdə olan 290 məktəbəqədər uşaq müəssisəsindən 23-nün yoxlanması zamanı müəyyənləşdirilib ki, onların hamısından «bordel» kimi istifadə olunub. Denaus rayonundakı bağçada tərbiyəçilərin uşaqları ələ salması faktı da müəyyən edilib”.

Vilayət administrasiyasının bir əməkdaşı bildirib ki, martın 3-dək 20 bağça müdiri işdən azad edilib. Kumkurqan rayonunda 2 bağça müdiri xəstəlik məzuniyyətində olduğundan, onların işdən çıxmaq haqqında ərizəsi hələ alınmayıb. Bundan başqa, analıq məzuniyyətində olan müdirlər də, hələlik, yerlərində qalırlar.

Daha əvvəl bildirilirdi ki, Denaus rayonunda uşaqlara fiziki cəza verən, gecələrsə “bordel” kimi fəaliyyət göstərən uşaq bağçasının bir neçə müəllimi məhkəməyə cəlb edilsə də, müdir işdən çıxmayıb.

Həmin bağçaya gedən uşaqların valideynlərinin sözlərinə görə, tərbiyəçilərin davranışı üzündən bəzi uşaqlar sağlamlığını itirib. Onlar bağça müdirəsinin hələ də vəzifəsində qalmasından narazılıqlarını da dilə gətiriblər.

“Ərizəsini yazmadı”

Vilayət administrasiyasının məktəbəqədər təhsil məsələlərini kurasiya edən rəsmisi məsələyə aydınlıq gətirməyə çalışıb:

“Biz 10 saylı uşaq bağçasının müdirəsi Sayyora Turdiyeva-ya dedik ki, öz xahişi ilə işdən çıxsın, ancaq o, ərizəsini yazmadı. Vilayət rəhbərliyi də martın 5-də onu nümayişkəranə şəkildə işdən azad etmək qərarına gəldi. Fevralın 22-də bıçaqla uşaqları hədələyən tərbiyəçi Salomat Karimova barəsində hökm çıxarılıb. Ona 3 il iş verilib. O, törətdiyi əmələ görə peşmandır. 10 saylı uşaq bağçasının daha iki əməkdaşına iki il həbs cəzası kəsilib. Uşaq bağçasının daha iki əməkdaşı artıq cəzalarını çəkmək üçün həbsxanaya göndərilib. Zarina Sattarova isə uşağının 3 yaşı tamam olandan sonra həbsxanaya gedəcək”.

Daha öncə Surxandərya vilayətindəki məktəbəqədər tədris müəssisələrini əxlaqsızlıq yuvasına çevirən iki gözətçinin də 3 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilmişdi.

Denaus rayonunun xalq təhsili şöbəsinin müdiri Haydar Suvanov və vilayətin 20 digər uşaq bağçasının müdirləri də «öz xahişləri ilə» işdən azad ediliblər.

“Heç düzgün yanaşma deyil”

Vilayət prokurorluğunun əməkdaşı deyir ki, Surxandərya xalq təhsili şöbəsinin rəhbərliyi öz əməkdaşlarının «canını qurtarmağa» çalışır:

“Necə yəni «öz xahişi ilə azad edildi»? Yəni bu işin onlara dəxli yoxdur? Əməkdaşlarını düşünən idarə onların üzünü yumaq üçün belə ərizələr alır. Bu, prinsipial olaraq, düzgün yanaşma deyil. Onları maddə üzrə işdən azad etmək lazım idi”.

Özbəkistanın Xalq Təhsili Nazirliyinin əməkdaşları məsələyə nümayişkəranə şəkildə biganə qaldıqlarını göstərirlər.

Nazirliyin bir neçə məsul əməkdaşı bu hadisələrdən xəbərdar olmadığını deyərək, dəstəyi yerə qoyub.

Termez televiziyası hazırlamışdı

Bugünlərdə Özbəkistan ictimaiyyəti Surxandərya vilayətinin bir neçə rayon bağçalarından həm də “bordel” kimi istifadə olunduğu haqda internetdə yayılmış videomaterialı geniş müzakirə edir.

Videoreportajı yerli Termez televiziyası hazırlayıb. Jurnalistlər özəl xidmətlərin ötən ilin payızında Surxandərya vilayətinin uşaq bağçalarında keçirdiyi reydlər zamanı çəkilən videogörüntülərdən yararlanıblar.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın