Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Özbəkistan prezidentinin dəfn mərasiminə 17 ölkədən dövlət və hökumət rəhbərləri qatılıb

Özbəkistan prezidentinin dəfn mərasiminə 17 ölkədən dövlət və hökumət rəhbərləri qatılıb

Müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasiminə qatılıb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Özbəkistan Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqədar üzrə nümayəndəsi bildirib ki, dəfn mərasimində 17 ölkədən nümayəndə heyəti iştirak edəcək, yerli vaxtla saat 12:00-da başlayacaq mərasim üçün hər şey hazırdır.

Onun sözlərinə görə, Əfqanıstan, Tacikistan, Türkmənistan prezidentlər, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan baş nazirlər, Çin, Cənubi Koreya, Ukrayna isə baş nazirlərin müavinləri səviyyəsində təmsil olunur.

Rusiya nümayəndə heyətinə baş nazir Dmitri Medvedyev, İran nümayəndə heyətinə xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyə nümayəndə heyətinə isə baş nazirin müavini Toğrul Türkeş rəhbərlik edir.

Qeyd edək ki, Özbəkistan prezidentinin nəşi Daşkənddən doğulduğu Səmərqənd şəhərinə gətirilib.

İ. Kərimov sentyabrın 2-də 78 yaşında vəfat edib.

O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın