Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Özal iranlı diplomata kürdlər haqda nə demişdi?

Özal iranlı diplomata kürdlər haqda nə demişdi?

Türkiyənin 8-ci prezidenti Turqut Özal İrana səfəri zamanı Kürdüstan adlı əyalətin olduğunu eşidəndə xeyli təəccüblənib.

Axar.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin iş yoldaşı Əsgər Fərdi deyib.

Sabiq diplomat Turqut Özalla bağlı xatirəsini danışaraq mərhum prezidentin ona dəyərli hədiyyə verdiyini söyləyib:

“Rəhmətlik Turqut Özal İranda Kürdüstan adlı bir əyalətin olduğunu öyrənəndə çox təəccüblənmişdi. Tehranda birlikdə gəzərkən ən böyük magistral yolun adının “Kürdüstan” olduğunu dedim. Mənə tərəf dönüb “Çox yaxşı etmisiniz. Biz bu illər ərzində inkar etdik, nə oldu?” – dedi.

Turqut Özal Türkiyəyə döndükdən sonra mənə bir bağlama göndərmişdi. İçində “Növbahar” adlı kürd dilində jurnal, zazaca-türkcə lüğət və bir musiqi kaseti var idi. Bir də qeyd yazmışdı: “Qardaşım, mən də Türkiyədə eyni işləri görməyə başladım və bundan qazanacağımıza şübhə etmirəm…””.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın