Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Özəl bankların ümumi mənfəətinin 70%-ni “Paşa Holdinq”ə məxsus banklar əldə edib

Özəl bankların ümumi mənfəətinin 70%-ni “Paşa Holdinq”ə məxsus banklar əldə edib

Xəbər verdiyimiz kimi, maliyyə hesabatı açıqlayan 25 bankdan 24-ü ötən ili mənfəət, 1-i isə zərərlə başa vurub.
Zərər edən bank Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu bildirilən “BTB Bank” olub.
Mənfəət əldə edən banklardan 2-si – “Beynəlxalq Bank” və “Azər Türk Bank” dövlət bankıdır. Onların mənfəəti 265 milyon 399 min manat olub.
Gəlirlə işləyən 22 özəl bankın xalis mənfəəti isə 653 milyon 505 min manat olub.
Əldə olunan mənfəətin 457 milyon 441 min manatı və ya 70%-i “Paşa Holdinq”ə məxsus olan 2 bankın – “Kapital Bank” (308 milyon manat) və “Paşa Bank”ın (149,4 milyon manat) payına düşüb. 
Qeyd edək ki, “Kapital bank” ASC-nin səhmlərinin 99,87%-i ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.
“Paşa Bank”ın səhmlərinin 57%-i “PaşaHoldinq”ə, 28%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i Camal Paşayevə məxsusdur.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …