Ana səhifə / İqtisadiyyat / Ötən ilin sonuna problemli kreditlər 1,6 milyard manata çatıb

Ötən ilin sonuna problemli kreditlər 1,6 milyard manata çatıb

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən ilin dekabrında 1 mlrd. 626,7 mln. manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə 154,1 mln. manat və ya 10,5% çoxdur.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda problemli kreditlərin həcmi 263,6 mln. manat və ya 14% azalıb.

Qeyd edək ki, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 13,8% təşkil edir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …