Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ötən il Azərbaycan qiymətli metal ixracından 121 mln. manat qazanıb

Ötən il Azərbaycan qiymətli metal ixracından 121 mln. manat qazanıb

Ötən il Azərbaycan 150 min unsiya qiymətli metal ixrac edib və bundan da 121 mln. manat gəlir əldə olunub. 

“Report”un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabata görə, son illər kəşf olunmuş yataqlar hesabına Azərbaycanın qızıl ehtiyatı 2 dəfə artıb: “Müxtəlif ərazilərdə yerləşən Tülallar, Başqışlaq, Kəpəz və s. qızıl yataqlarında aparılmış əlavə qiymətləndirmələr nəticəsində onların ehtiyatları dəqiqləşdirilib, nəticədə qiymətli metallar hasilatı və ixracı sahəsində ciddi nailiyyətlər qazanılıb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …