Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ötən il 1032 nəfər edam edilib – Dəhşətli statistika

Ötən il 1032 nəfər edam edilib – Dəhşətli statistika

2015-ci ilə müqayisədə 2016-cı ildə dünyada edam hökmlərinin icrası 37 faiz azalıb.

Bu haqda “Amnesty International” beynəlxalq insan haqlarını müdafiə təşkilatının hesabatında bildirilib.

Bəyanata əsasən 2015-ci ildə 1634 nəfər, ötən il isə bu rəqəm 1032 olub.

Qeyd olunub ki, edam hökmü ən çox Çin, İran (567), Səudiyyə Ərəbistanı (154) , İraq (88) və Pakistanda (87) icra olunur. Bildirilib ki, Çində məlumatlar hökumət tərəfindən gizlədildiyindən bu ölkədə icra olunan ölüm hökmlərinin sayı hesabatda nəzərə alınmayıb.

Qeyd edək ki, hazırda dünyanın 141 ölkəsində ölüm hökmü ləğv edilib. (AzVision.az)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın