Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / İqtisadiyyat / Ötən ay Azərbaycandan ən çox nefti İsrail alıb

Ötən ay Azərbaycandan ən çox nefti İsrail alıb

Bu ilin yanvarında Azərbaycan İsrailə 296 946,74 min ABŞ dolları dəyərində 523 553,89 ton neft ixrac edib. Bununla da İsrail Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Tailand qərarlaşıb. Bu ölkəyə 115 322,09 min dollar dəyərində 189 175,53 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İtaliya tutur. Əvvəlki hesabatların çoxunda bu ölkə birinci yerdə olub. Bu ilin yanvarında bu ölkəyə 110 546,51 min dollar 179 236,62 ton neft ixrac edilib.

Əsas neft ixracı 10 ölkəyədir, ümumi məbləğ 863 453,89 min dollardır – ixrac isə 1 462 278,29 tondur.

Нефть
Foto: arxiv

İtaliyadan sonra siyahıda Portuqaliya, Hindistan, Tunis, İndoneziya, İspaniya, Türkiyə, Özabəkistan gəlir. İlk onluqda Gürcüstanın adı yoxdur.

İqtisadçı Fərid Mehralızadə deyir ki, bu, hər ay açıqlanan statistikadır. O düşünür ki, hansısa ölkənin başqa bir ölkədən neft alışında siyasi, həmin ölkə ilə dostluq əlaqələrinin olub-olmaması rol oynamır. Azərbaycan nefti birjada satılır. Görünür, hansısa şirkət birjadan nefti Tailand üçün alıb. Başqa bir şirkət isə İsrail üçün və s.

Fərid Mehralızadənin şəxsi arxivindən

“Yəni siyahıya hansısa ölkənin gəlib-getməsi siyasi məsələlərlə bağlı deyil. Məsələn, Azərbaycanın Fransa və Yunanıstanla münasibətləri bir o qədər rəvan deyil, amma bizdən neft alırlar”.

Ötən il Azərbaycandan ixracın 90.1 faizi neft-qaz sənayesi hesabına baş tutub və neftdənkənar sektorun ixracdakı payı 10 faizdən az olub.

Bu da ölkə iqtisadiyyatının neftdən asılılığının göstəricisidir.

Həmçinin oxuyun

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) …