Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Orxan Pamuk: “Avropa tarixində dramatik məqamdır”

Orxan Pamuk: “Avropa tarixində dramatik məqamdır”

Nobel mükafatlı türk yazıçı Orxan Pamuk Avropa və qaçqınlar məsələsindəki yeniliklərə münasibət bildirib.

“Mən şadam ki, Almaniya Suriyadan, Şimali Afrikadan və başqa yerlərdən 800 min qaçqın qəbul etmək niyyətindədir. Şadam ki, nəhayət, Avropanın qalan ölkələri də bu vacib vəziyyətə reaksiya verirlər.

Bu, Avropa tarixində doğrudan da dramatik məqamdır. Bir neçə gün əvvələ qədər Türkiyə 2 milyon immiqrant qəbul edib və yenə də insanlıq qarşısında borcunu yerinə yetirməyə çalışır. Bununla müqayisədə başqa ölkələr vur-tut 2 min, 3 min immiqrant qəbul edir, bununla belə, şikayətlənirdilər.

Bu, diqqətəlayiq dəyişiklikdir. Əlbəttə, bu insanlıq nümayişindən məmnunam və bu insanlar üçün məsuliyyət altına girməyə davam edəcəyimizə ümidliyəm.

Bu ümidlə yanaşı biz unutmamalıyıq ki, bu insanlar öz ölkələrini itiriblər… Qarşımızdakı vəzifəni düzgün qiymətləndirməliyik.

Almaniyanın bu insanlara 30-40 il əvvəl türklərə davrandığı kimi davranmayacağına ümid edirəm. O zaman ki, türklər Almaniyaya müvəqqəti işçi statusuyla gedirdilər.

Almaniyanın qaçqınlara vətəndaşlıq təklif etməsi, gələcəkdə onlara alman olmaq məsuliyyəti verməsi bizi ürəkləndirməkədədir.

Bu, Avropa ideyasının inkişaf etdirilməsi üçün çox vacibdir. Mədəniyəti, dini, tarixi, şəxsi travmatik hekayələri bizimkindən fərqli olan insanlarla birlikdə yaşamaq bizi maarifləndirir. Bizi fərqli insanlar edir.

Bu, bizə azadlığı kitablardan öyrənə biləcəyimizdən daha dərin mənada öyrədir.

Avropanın əsas ideyası təkcə égalité (bərabərlik) və liberté (azadlıq) deyil, həm də qardaşlığa (fraternité) əsaslanır” – deyə O.Pamuk bildirib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın