Ana səhifə / İqtisadiyyat / Oqtay Şirəliyevə bağlı olduğu deyilən şirkət auditdən yayınıb

Oqtay Şirəliyevə bağlı olduğu deyilən şirkət auditdən yayınıb

“Sobsan” ticarət markası ilə boya bazarında əsas oyunçulardan olan “Rəmzi-S” MMC barəsində inzibati iş başlanıb. 
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınıb) maddəsi ilə ittiham olunur. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Aygün Qurbanovun icraatına verilib. 
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində qeyd edilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Rəmsi-S” MMC 15 noyabr 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 505 630 AZNolan şirkətin qanuni təmsilçisi Allahverdiyev Orxan Rasim oğludur.
Şirkətin təsisçisi isə Cavid Səbzəliyevdir. Ümumiyyətlə, bu şirkətin Cavid, Araz və Zöhrab Səbzəliyev qardaşlarına məxsus olduğu deyilir. “Sobsan” bir müddət əvvəl yanğınla gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda Səbzəliyev qardaşlarının keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olduqları və şirkətin onun tərəfindən himayə edildiyi barədə iddialar yer almışdı. 
https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FBirxeber.az%2Fvideos%2F328930778134779%2F&show_text=false&width=560&t=0
“Sobsan” həmçinin Şamaxıda torpaq zəbt etməsi ilə bağlı da medianın diqqətinə gəlmişdi. Həmin vaxt şirkətin qanuni təmsilçisi iddiaları təkzib etsə də, sonrada məlum olmuşdu ki, bu məsələdə fiqurant birbaşa “Sobsan” deyil, Səbzəliyev qardaşlarının başqa bir şirkəti – “Aqro Mədrəsə” ASC-dir. 
Qeyd edək ki, “Rəmzi-S” MMC barəsində 2019-cu ildə inzibati iş başlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatası “Rəmzi-S” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib. Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib. Bu maddəyə görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Şirkətin qanuni təmsilçisi Orxan Allahverdiyev apellyasiya şikayəti versə də, təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov şirkətin 3 659.88 AZN qəpik cərimə edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …