Şənbə , Dekabr 4 2021
Ana səhifə / İqtisadiyyat / OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda neft hasilatının ötən illə müqayisədə sutkada 0,05 milyon barrel azalacağını gözləyir.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu il Azərbaycanda neft hasilatı sutkada 0,8 milyon barrel təşkil edəcək. 2018-ci ildə hasilat daha 0,04 milyon barrel/sutka azalacaq və orta hesabla sutkada 0,76 milyon barrel təşkil edəcək.

Əvvəlki hesabatda OPEK neft hasilatının 2017 və 2018-ci illərdə müvafiq olaraq 0,06 milyon barrel və 0,05 milyon barrel azalacağını proqnozlaşdırırdı.

Hesabata əsasən, oktyabr ayında Azərbaycanda orta sutkalıq neft hasilatı 0,81 milyon barrel olub ki, bu da sentyabr ayının göstəricisindən 0,01 milyon barrel yüksək, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 0,03 milyon barrel aşağıdır.

Həmçinin oxuyun

Beynəlxalq Bank birinci qrup əlilə belə zülm edir

Redaksiyamıza Suraxanı rayon sakini,  Rzayeva İradə Səlim qızı çox təsirli, qandonduran bir şikayət məktubu ünvanlayıb. …