Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / “OPEC+” ölkələrinin danışıqları uğursuzluqla nəticələnib

“OPEC+” ölkələrinin danışıqları uğursuzluqla nəticələnib

“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyana keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib.

“APA-Economics” bu barədə TASS-a istinadən xəbər verir.

Buna baxmayaraq, iclas işini hələ davam etdirir.

Qeyd edək ki, sözügedən iclasda Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edir.

Xatırladaq ki, bu gün rəsmi görüşünün başlamasından öncə Rusiya koronavirusla əlaqəli vəziyyətə cavab olaraq neft hasilatını bir qədər də da azaltmaq təklifini qəbul etməyib. Rusiya hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağa hazır olduğunu bildirib. Rusiyanın Energetika naziri Aleksandr Novak bu gün rəsmi iclas başlamazdan əvvəl həmkarları ilə qeyri-rəsmi danışıqlar aparıb. Rusiyanın nümayəndə heyəti üçün əsas ssenari yenə də görüşün nəticələrinə görə razılığa gəlməkdir.

OPEC ölkələrinin təşkilatın rəsmi iclasından sonra “OPEC+” təşəbbüsü çərçivəsində bu ilin sonuna kimi gündəlik neft hasilatının daha 1,5 mln. barel azaldılmasını tövsiyə ediblər.

Qeyd edək ki, OPEC ölkələri qurumun rəsmi iclasından sonra “OPEC+” təşəbbüsü çərçivəsində bu ilin sonunadək gündəlik neft hasilatını daha 1,5 mln. barel azaldılmasını tövsiyə edib.

Xatırladaq ki, “OPEC+” Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib.

Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC+” ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …