Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / İqtisadiyyat / Onlayn sistemlərə kirayə vermək üçün qoyulan bəzi ev şəkilləri real deyil

Onlayn sistemlərə kirayə vermək üçün qoyulan bəzi ev şəkilləri real deyil

Azərbaycanda “www.booking.com” və digər tanınmış onlayn sistemlərdə kirayə üçün qoyulan evlərin şəkilləri ilə onların real vəziyyətləri arasında uyğunsuzluqların olması hallarına rast gəlinib.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, Azərbaycanda bəzi şəxslər öz mənzillərinin, yaxud kirayəyə götürdükləri mənzillərin şəkillərini turistlərə kirayəyə vermək üçün belə onlayn sistemlərə yerləşdirirlər. Lakin AzTA-ya daxil olan müraciətlərdən məlum olub ki, sistemə ev haqqında düzgün şəkillər qoyulmur, turistlər oraya gəldikdə sanitar-gigiyenik vəziyyətin yaxşı olmadığını görürlər:
“Bundan sonra da turistlər sosial şəbəkələrdə müəyyən fikirlər yazırlar. Bunlar isə Azərbaycan turizminin xeyrinə olmur”.
Assosiasiya sədri qeyd edib ki, belə halların yaranmaması üçün tanınmış onlayn sistemlərin ölkəmizdəki nümayəndələrinə mənzillərin şəkilərini müəyyən yoxlamalardan sonra yerləşdirmələri tövsiyə edilib:
“Bununla bağlı çox problemlə üzləşdiyimiz üçün həmin sistemlərin Azərbaycandakı nümayəndələrinə bildirmişik ki, şəkilləri yoxladıqdan sonra sistemlərinə qoysunlar. Əks halda, həmin şəxslər sistemdən çıxarılacaq”.

Həmçinin oxuyun

“Binə” ticarət mərkəzi batır… – FOTOLAR

Bakıdakı ən böyük ticarət mərkəzlərindən biri də “Binə” ticarət mərkəzidir. Bu ticarət mərkəzində geyim əşyalarından …