Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Onları mən öldürmüşəm” – Prezidentdən şok etiraf
DUTERTE-BACOOR CITY/JANUARY 21, 2016 Presidential candidate and Davao City Mayor Rodrigo R. Duterte at the Signing of the Sister City Agreement held in STRIKE Gymnasium, Bacoor City, Cavite. INQUIRER PHOTO/LYN RILLON

“Onları mən öldürmüşəm” – Prezidentdən şok etiraf

Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, Davao şəhərinin meri olduğu vaxt cinayət törətməkdə şübhəli bilinənləri şəxsən özü öldürüb.

Bu barədə “Frans Press” məlumat yayıb.

Qeyd edək ki bu ilin mayında prezident seçilən Duterte narkomanlarla, həmçinin narkotik alverçilərinə qarşı yürütdüyü kəskin siyasəti ilə seçilir. Polisin məlumatına görə, son aylar ölkədə narkotik ticarəti ilə bağlı 3 minə yaxın insan öldürülüb.

“Davaoda mən bunu şəxsən edirdim. Sadəcə bunu uşaqlara (polislərə-red) göstərmək üçün etmişəm. Əgər mən bunu edirəmsə, niyə də onlar bunu etməsinlər”, – deyə Duterte bildirib.

“Mən motosikletlə Davaoda gəzirdim və küçələrə nəzarət edirdim. Əslində mən qarşıdurma axtarırdım ki, kimisə öldürüm”, – deyə Filipin lideri bildirib və əlavə edib ki, başladığı kampaniyanı dayandırmaq fikrində deyil.

Qeyd edək ki, Rodriqo Duterte 22 ildən çox Davaoda mer olub. (AzVision.az)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın