Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / İqtisadiyyat / “Onlar qiymətlərin artmasında iştirak edirlər” – Ekspert

“Onlar qiymətlərin artmasında iştirak edirlər” – Ekspert

“Azərbaycanda ərzaq məhsullarının qiymətləri təhlükəli artım tempi şəkilində yüksəlməkdədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, ərzaq qiymətlərinin artımında ciddi narahatedici məqamlar var:
“Artıq yanvar ayının əvvəlindən başlayaraq addım-addım, qəpik-qəpik artaraq hiss olunacaq dərəcəyə çatıb. Hər həftə qiymətlərin artımının şahidi oluruq. Bura həm bayram öncəsi təlabatın artması ilə əlaqəli gözləntilərin yüksəlməsi, həm dizel yanacağının qiymətinin artması, həm də topdansatış bazarında oyunçu sayının azlığı təsir edir. Rəqabətli mühut yoxdur. Çox az sayda topdansatış bazarında oyunçular var. Onlar bəzən qiymətlərin artmasında, diqtə olunmasında iştirak edirlər”.
Natiq Cəfərli hesab edir ki, bütün bu amillər nəticə etibarilə Azərbaycanda qiymətlərin artımına gətirib:
“Bu da təbii olaraq Azərbaycan istehlakçılarının narazılığına  səbəb olur”.

Həmçinin oxuyun

Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Koronavirus pandemiyası dövründə dünyakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari …