Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Ölüləri dirildəcəklər – 28 min dollara… ŞOK LAYİHƏ BAŞLANDI

Ölüləri dirildəcəklər – 28 min dollara… ŞOK LAYİHƏ BAŞLANDI

Sevdiklərinizi diriltmək şansınız olsaydı, nə edərdiniz? Kimin dirilməsini istərdiniz? Artıq elm aləmi bu sahədə ilkin nailiyyətə imza atmaq mərhələsindədir.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, insanların dirildilməsi layihəsi əvvəlcə heyvanlar üzərində sınaqla başlayıb.
2011-ci ildə Sibirin Tumat bölgəsində 12.500 illik it cəsədləri tapılmışdı. Çay kənarında bədəni çox yaxşı qorunmuş halda olan it cəsədləri alimləri üçün böyük əhəmiyyət daşıyır.
Elm adamları donmuş itlərdən alınan DNT analizləri nəticəsində gen xəritələrini çıxarıblar.
İndi isə o dövrdə yaşamış it növünün yenidən həyata gətirilməsi planlaşdırılır.
Diriltmə işləri təkcə bu it növü üzərindən davam etmir.
Bu sahədə xidmət göstərən məşhur bir təşkilat olan Cryonics Orgun giriş səhifəsində “Gələcəyinizə xoş gəlmisiniz” yazılıb. Cryonics-in məqsədi çox aşağı temperaturlarda insanı donduraraq, pozulmadan bir tank içində mühafizə etməkdir.
Hazırkı prosedur insanların ölümdən dərhal sonra dondurularaq layihəyə daxil olacaqları haqda əvvəlcədən sözügedən qurumla müqavilə bağlamasıdır. Layihənin əsas məntiqi günümüz üçün müalicəsi mümkün olmayan xəstəlikləri gələcəyin tibbi üsulları ilə müalicə etmək üçündür.
12 yanvar 1967-ci ildə Cryonics İnstitutunda dondurulan ilk insan Kaliforniya Universitetinin psixologiya professoru Ceyms Bedforddur.
Hazırda bu şirkətlərlə razılaşmış, ölmüş və donmuş halda gözləyən isə ən az 230 insan var. Öləndə dondurulmaq üçün müqaviləyə imza atmış insan sayı isə 1000-i keçib.
Bazarda bu işi ən ucuz aparan şirkət bütün bədəni dondurub saxlamaq və gələcəkdə dirildərək yenidən həyata qaytarmaq üçün 28 min dollar pul tələb edir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın