Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / ÖlkÖlkəyə bal gətirilməsi qadağan edilə bilər

ÖlkÖlkəyə bal gətirilməsi qadağan edilə bilər

Kənd Təsərrüfatı Nazirliyi ölkədə balın idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır.

Bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır. Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.

Ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki bal istehsalı artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır.

Nazir müavini arıçılıq işində gələcək məqsədlərdən də danışıb. Bildirib ki, məhsuldarlığın artımında bir neçə məqsəd var: “Bal məhsuldarlığının artırılması məqsədilə bizim qarşımızda bir neçə ciddi vəzifələr dayanıb. Burada ən vaciblərindən biri, Azərbaycanın brend arıçılıq cinsləri “Bozdağ”, “Qafqaz” cinsi və “Sarı” arı “Qafqaz” cinsinin tam təmizliyinə nail olmaqdır. Bu cins genetik məhsuldarlığın artımında önəmli bir rol oynayır. İkinci məsələ isə arıçılığın yem təminatının yaxşılaşdırılmasıdır”.

Həmçinin oxuyun

“1000 bərəkət, halal nemət” TƏHLÜKƏSİ… – ARAŞDIRMA

“1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də …