Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Ölkəyə avtomobil idxalı 3 dəfə artıb

Ölkəyə avtomobil idxalı 3 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 7294 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4637 ədəd və yaxud 2,75 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 37 ədədi və yaxud 0,51%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi və yaxud 88,62%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi və yaxud 10,12%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi, yaxud 0,69%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 5 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 1 ədəd və yaxud 2,78% artıb, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,89 dəfə və yaxud 4 224 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 396 ədəd və yaxud 2,14 dəfə artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 16 ədəd və yaxud 47,06% artıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …