Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ölkəmizdə maşın bazarında ciddi dəyişiklik gözlənilir? – ŞƏRH

Ölkəmizdə maşın bazarında ciddi dəyişiklik gözlənilir? – ŞƏRH

“Bu il artım əsasən, yeni istehsal olunan maşınlarda qeydə alınacaq”.

Bunu ekspert Ramil Osmanlı deyib.

Azərbaycana avtomobil idxalında öndə gedən ölkələrdən biri də məhz Rusiyadır. Ölkənin aparıcı avtomobil istehsalçılarından olan “AvtoVaz” şirkəti gələn ildən etibarən istehsal etdiyi müxtəlif model maşınların qiymətini 2.3% artıracaq. Bu barədə Rusiyanın KİV-də məlumatlar yayılıb. Bəs görək, zavodun gələn il üçün açıqladığı bahalaşma Azərbaycanın avtomobil bazarına nə dərəcədə təsir göstərəcək?

Mövzu barədə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Lent.az-a danışıb. Mərkəz direktoru, bahalaşmanın ölkə bazarına təsir etməyəcəyini bildirib:

“Azərbaycana idxal olunan avtomobillər arasında Rusiyanın “AvtoVaz” şirkətinin də payı var. Amma inanmıram ki, şirkətin gələn ildən istehsal edəcəyi avtomobillərin qiymətini qaldırması Azərbaycanın maşın bazarına ciddi təsir etsin. Qiymət artımını əsasən, həmin zavodun ili təzə olan maşınlarında görmək mümkün olacaq. Ola bilər ki, ili nisbətən köhnə olan “AvtoVaz” avtomobilləri də bahalaşsın. Ancaq bu təzələrlə müqayisə olunmayacaq dərəcədə cüzi təsir edəcək. Ümumiyyətlə, Rusiyanın digər avtomobil istehsalçılarının da istehsal etdikləri nəqliyyat vasitələrinin qiymətini artırması Azərbaycanın avtomobil bazarına heç bir təsir edə bilməz”.

İdxal baxımdan şimal qonşumuzun Gürcüstanla müqayisə edilməyəcəyini deyən Ramil Osmanlı, Azərbaycanın avtoparkında Rusiya maşınlarının hər il azaldığını qeyd edib:

“Gürcüstandan 20-dən çox xarici marka avtomobil idxal olunur. Sözsüz ki, Azərbaycana 3-4 marka idxal edən Rusiyanın “AvtoVaz” şirkəti, bu baxımdan Gürcüstanla müqayisə ediləcək səviyyədə deyil. Bundan əlavə, artıq Rusiya istehsalı olan avtomobillərə maraq kəskin şəkildə azalıb və bu azalma hər il davam edir. Məsələn, 10 il əvvəl ölkədə istifadə olunan Rusiya avtomobilləri 35% təşkil edirdisə, hazırda bu göstərici 10% ətrafındadır. Həmin ölkənin daha çox tələb olunan “Vaz-21015”, “Vaz-21014”, “NİVA” markalı avtomobillərinə də get-gedə maraq azalır”.

Qeyd edək ki, “AvtoVaz” şirkəti Rusiyanın ən böyük minik avtomobili istehsalçısıdır. Ötən il zavod 560 min avtomobil istehsal edib. Ən böyük bahalaşma zavodun “Vesta” sedan avtomobillərində olacaq. Ancaq bu bahalaşmanın bazarda şirkət avtomobillərinə mənfi təsir etməyəcəyi bildirilir. Bu isə digər şirkətlərin də qiymət artımına getməsi ilə əlaqələndirilir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …